суббота, 26 декабря 2009 г.

“Mətbuatimiz bu gün”


Bu yaxinlarda universitetdə iki müəllimə arasinda gedən mübahisənin şahidi oldum.Mübahisə qəzetlər üstündə gedirdi.Müəllimələrdən biri işlədiyi qəzeti “ziyali qəzeti”adlandirir,o birisi isə bu fikirlə razilaşmirdi.Məndə bu qarma-qarişiq fikirlər içində qalib,həmişə ki, kimi söhbətə müdaxilə edə bilmirdim.Ona görə də gözləyirdim ki,o,biri müəllimə söhbətini qurtarib sinifi tərk etsin məndə “savadli” müəlliməmizdən xaiş edim ki,“ziyali qəzeti”-nin nə demək oldugunu bizə başa salsin.Çox qəribədi “ziyali qəzeti” nece olur axi?!Yeni bu qəzeti ziyalilar oxuyur,yoxsa ziyalilar çap elətdirir?!Bir neçə dəqiqədən sonra sualimi vermək üçün imkan tapdim.Müəllimədən bu barədə ətrafli cavab verməsi barəsində xahiş etdim.Müəllimə həvəslə sözünə başladi ki,”Ziyali” o,insana deyirlər ki,o oxunmuş,dünya görmüş,vətənin inkişafi üçün əlindən gələni edən-bir sözlə “yaradici insan”-dir.Bizim qəzet də dövlət qəzeti oldugu üçün onu ancag dövlətin qaymaqlari,yəni ziyalilari oxuyur.Müəllimə belə bir sual verdim:”Onda belə çixir ki,ziyalilarimiz ziyalilarin çixartdigi qəzetləri oxuyurda hə?Sinifdəki uşaqlar başladi gülməyə,müəllimə özüdə çaş-baş qaldi,axi heç özümdə bilmədən sözümdən belə çixirdi ki,”Özləri yazib özləridə oxuyurlar da”Müəllimə çaş-baş qalsa da başladi ki,elə niyə deyirsən ki,bizim qəzetlərimizi “hami” alib,oxuyur,cavandan tutmuş qocaya kimi,müxtəlif yaşlarda olan insanlar,bəyənənlərdə çoxdur…Nəysə…Heçnə demədim,danişseydim ya bu fəndən imtahana keçid balim çox aşagi olacagdi yada ki,……ona görədə dilimə senzura qoydum.Evə gələndə müəlliməmizin təriflədiyi və özünün də orada işlədiyi qəzetdən aldim, həm də muxaliflərin qəzetlərinin də birindən aldim ki,bitərəf qalim..Avtobusda oxumagi xoşlamadigim üçün qəzetlərə evdə baxmaga məcbur oldum.İlk öncə bu “ziyali qəzeti”-ni açdim ki,görüm bayaq müəlliməmin dedikləri və mənim anlamadigim nə idi?! Başliqlara baxiram:”Azərbaycan Prizdenti İlham Əliyevin İordaniyaya rəsmi səfəri başlayib”,”Azərbaycanin ərzaq təhlükəsizliyi proqrami hazirdi”,”Muxalifət niyə tək qaldi?”,”Azərbaycan Fransanin strateji tərəfdaşina çevrilir” və s.Xülasə prizdentimiz İlham Əliyevin səfərləri,dövlətimizin inkişafi və bu yolda prizdentimizin böyük əməyi…Vallah ürəyim sixildi,dedim qoy bunu ziyalilarimiz oxusun,dübarə keçək bu muxaliflər qəzetinə görək onlar nə yazir?!Buradaki başliqlar:”Əli Kərimlidən Əliyevə sərt tənqid”,”Misir Mərdənov cinayət məsuliyyətinə cəlb ediləcəkmi?”,”Baki-Şamaxi yolu 20 gün sonra” və s. Bu və digər başliqlari oxuyandan sonra məndə elə təsəvvür yarandi ki,mən ya Mozambik də yaşayiram yada ki,Tanzaniyada..Bu qədər porblemi bir qəzetə necə yerləşdiriblər?!Fərasət buna deyərəmee..Hətda tənqid qalib bir qiraga təhqirə keçiblər..Dəhşət.!!!Vallah mənim nə ixtidarnan,nə də ki,müxaliflərnən işim var sadəcə bu gün ki,mətbuatimiza bir nəzər salmaq istərdim.Zərdabi mətbuati yaratdi ki,insanlar bu yolla hərtərəfli sürətdə maariflənsin,informasiya alsinlar.Yoxsa yaratmadi ki,qəzetə “Azadliq” adin qoyub yaxşini,pisidə-pisdiyib,savadi 2 qəpiyə dəyməyən bəzi insanlari ürək sözlərini yazmaq üçün qəzetdə yer verəsiz və yaxud dövlət qəzetində tərifdən,şəxsi mənafeyi ugrunda yaltag fikirlərinizi ifadə edib qabaga gedəsiz…Senzuranin olmamasi o,demək deyil ki,kimsə kiminsə şəxsiyyətini alçaldici sözlər deyə bilib,onu təhqir etməli,yaxşiya pis deyib avam milləti özünə inandirmalidir.Hər halda bütün bunlarin olmasi bu gün ki,mətbuatimizda naşi insanlarin daha çox olmasi və o, insanlarin jurnalistin etikasi və peşə davraniş qaydasindan xəbərsiz olmasindan irəli gəlir.Mətbuatimiz demək olar ki,ana dilimizin təbligi sahəsində böyük bir işdə görmür,baş qarişib partiyalar arasindaki soyuq muharibələrə,hər şeydə yaddan çixib.Halbuki,Rus ədibi Uşinski deyir ki,”Əgər bir millətin malini,varini,dövlətini əlindən alsan itib batmaz,ancag dilini əlindən alsan yer üzündən silinər.”Ümumiyyətlə mətbuatin bu gün ki,durumuna baxanda görürük ki,bizdə bu sahənin inkişafi üçün çox imkanlar var.Senzuranin olmamasi bu yolu daha da qisaldir.Bizdə Avtoritar konsepsiyadan söz gedə bilməz,ancaq inkişafin çox passiv getməsini bir çox amillərnən baglamaq olar.Çoxpartiyaliliq,dövlət və muxalifət arasindaki soyuqluq,qeyri-peşəkar insanlarin bu sahədə daha çox olmasi,Ali-təhsil ocaglarinin bu peşə üzrə mütəxəsis yetişdirilmələrinə o, qədər də maraglari olmamasi və qeyri-peşəkərlarin tələbələrə dərs keçməsi və s..Bizdə mətbuat nəzəriyyəsinə nəzər saldiqda daha çox İrəlilətmə konsepsiyasinin qabariq olmasini görərik.Bu nədir?Yəni mətbuat iqtisadi inkişaf aləti və milli şüuru formalaşdiran vasitə kimi baxilir.Kiv-in inkişaf məqsədlərinə tabe etdirilməsi çox vaxt mərkəzi hakimiyyətin onlarin fəaliyyətinə incə avtokratik tənzimləmə formasi kimi nəzərdə tutulur…
P.S (Siz qəzet oxuyursunuzmu?Və niyə oxuyursuz?)

Комментариев нет:

Отправить комментарий