суббота, 26 декабря 2009 г.

“Köhnə İçərişəhərə səyahət”


Bilmirəm nədənsə maragim daha çox köhnə kitablaradir.Əsasəndə Köhnə Baki haqqinda yazilan kitablara.Söhbət bir-başa olaraq o vaxt ki,abu-havadan yox Bakinin gözəlliyindən gedir.Elə bu yaxinlarda əlimə H.Sarabskinin “Köhnə Baki” kitabi düşdü.Kitab əsas etibarilə Sarabisknin həyatindan bəhs olunsada,orada köhnə Bakidaki qədim adət-ənənələrimiz,İçərişəhər və məscidlər haqqinda da geniş məlumat verilir.Məndə bu yazimda İçərişəhərin köhnə durumu haqqinda sizə çox maraqli məlumat vermək isdəyirəm.Kitabda yazildigi kimi şəhər İçərişəhər və Bayirşəhər adlari ilə iki hissəyə bölünürdü.İçərişəhər əsas idi hər şey burada yerləşirdi.Bakinin yerli əhalisi burada sakin oldugu kimi bazar,böyük ticarətxanalar,əsnaf(bilən varsa yazsin bu nədi?)hökümət idarələrinin çoxsu,məscidlər burada yerləşirdi.Şəhərin bu hissəsi üç tərəfdən daş hasarla(bürclə) əhatə olunmuşdu.Vaxtilə bu hasar iki qat olub,şəhəri yalniz qurudan deyil,dəniz tərəfdəndə muhafizə edirmiş.Ancaq Rusiya ordusu Bakini işgal etdikdən sonra bu hasarin bir hissəsi sökülüb dagidilmiş və yalniz iç hissəsi qalmişdir.İndiki Baki İcra Hakimiyyətinin,İqtisad Universitetinin,Əlyazmalar inistutunun və s.binalarin və Sabir Bagi birinci bürclə ikinci bürcün arasindaki açiqliqda tikilmişdir.İçərişəhərin indi beş darvazasi varsa da keçmişdə bunlar dörd olub.Birincisi qoşa qala qapisidir.Əvvəllər orda tək darvaza olub.Azərbaycani istila edən general Sisianov həmin bu darvazanin qabaginda Baki xanin tapşirigi ilə öldürülmüşdür.Sonralar Baki bələdiyyəsi onu sökdürüb hazirki şəkilə salmişdir.Sabir baginin yanindaki qapini isə sonradan Baki taciri və mülkədarlarindan biri açdirmişdir.Bu adama Qatir Haci Zeynalabdin deyərdilər.Elə Qatir ləqəbinidə ona qazandiran bu darvaza olmuşdur.Həmən bu mülk sahibinin Sabir baginin sag tərəfində üz-üzə iki cərgə dükanlari var imiş.Bazardan bir qədər uzaq oldugu üçün heç kim Hacidan dükan icarəyə götürmürmüş və buna görədə Hacinin dükanlari uzun müddət boş qalir.Haci buna görə də Baki bələdiyyəsindən icazə alib həmin darvazalari açdirir.Və nəticədə həmən tərəfdən gediş-gəliş çoxalir və Hacinin dükanlarinada müştəri tapilir.Məhz bu gözüaçiqligina görə ona Qatir ləqəbini qoyurlar.İçərişəhərin üçüncü darvazasi (keçmiş Sənaye Politexnikomunun) indiki İqtisad univer.-in həyətinə açilirdi.Həmin vaxt oralar boş sahələr idi və ora Kömür meydanida diyərdilər.Sonralar Sənaye Politexnikomu tikiləndə həmin darvaza baglandi və(Köhnə Baki Sovetinin) indiki Baki İcra Hakimiyyətinin arxasindan yuxariya dogru pilləkanlar tikildi.Dördüncü indiki İçərişəhər metrosunun arxasindaki darvazadir.Bu darvazada indi belədir əvvəllər cox alçaq və balaca olmuşdur.Beşincisi isə (keçmiş Qubernator və İnqilab)indiki Flarmoniya bagina açilan qapidir.Bayirşəhər hasardan bayirda olan hissəyə deyilirdi.Vaxtilə Bakililardan heç kim Bayirşəhərdə ev tikib yaşamaq isdəməzmiş.Burada yerləşənlər əsas etibarilə,ətraf kəndlərdən və başqa şəhərlərdən gələnlər idi.P.S(İndi tam əksinədi)İçərişəhərdə Cümə məscidinin qabagindan başlayib Qiz qalasinin yanindan,bir ucu qoşa-qala qapisi gedən küçəyə,o biri ucu isə Qiz qalasinin dibindən dəniz kənarina çixan küçəyə dogru uzanmiş bazar var idi.Bazarda bir çox dükanlar yerləşirdiki onlarinda qapilari yana yox üst tərəfə açilirdi.Belə qapilara”Xəfəng”diyərdilər.P.S(Dəb Təkrarlanir:)))İçərişəhər doqquz məhəllədən ibarət idi.Hər məhəllə bir məscidin adi ilə adlanirdi.Cümə məscidi məhəlləsi,Şal məscidi məhəlləsi,Məhəmmədyar məscidi məhəlləsi,Haci Qeyib məscidi məhəlləsi,Hamamçilar məscidi məhəlləsi,Siniqqala məscidi məhəlləsi və Qasim bəy məscidi məhəlləsi məhəllələri.Baki camaati içməli su problemiynən çox tez-tez üzləşdiyi üçün Şirin ovdan(abdan) isdifadə edərdi.(Bu ov indidə Xan sarayinin yanindaki kiçik bagçada qalmaqdadi)..

Комментариев нет:

Отправить комментарий